İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan Paşinyanın məzuniyyətə çıxmasından DANIŞDI 

605 17.07.2024 12:34 Region A A

“Bir ay əvvəl ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayaraq Azərbaycanın noyabrdan sonra mümkün hücumundan danışıb və baş komandan (Nikol Paşinyan) təxminən bir aya məzuniyyətə çıxıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər erməni revanşist deputat Tiqran Abramyan tərəfindən səslənib.

Onun fikrincə, bu, hakimiyyətin qeyri-ciddiliyinin, məsuliyyətsizliyinin, fəaliyyətsizliyinin və avantürizminin göstəricisidir.

“Ya hakimiyyət xalqı müharibə ilə şantaj etməklə yeni sınaqlara hazırladıqlarını etiraf edir, ya da hakim idarəçi yeni fəlakətdən əvvəl lazımi tədbirləri və fəaliyyət planını həyata keçirmək əvəzinə özünü velosiped sürməyə, ekskursiyaya həsr edir”, - deyə Abramyan qeyd edib.

Qeyd edək ki, Nikol Paşinyan iyulun 15-dən avqustun 12-dək məzuniyyətdə olacağını bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR