İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan: Ermənistan hakimiyyətinin simasında Azərbaycanın “həmfikir insanı” var

826 21.12.2023 17:52 Region A A

Azərbaycanın əsas təbliğat kanallarından biri müxtəlif ölkələri təmsil edən professor və ekspertlərin iştirakı ilə geniş material hazırlayıb və orada Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Qarabağ məsələsi ilə bağlı dedikləri də yayımlanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyan Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun iddiasına görə, Ermənistanın eks-prezidenti S.Sarkisyanın Qarabağ məsələsi ilə bağlı səsləndirdiyi mövqeni Bakı revanş cəhdi kimi qiymətləndirib.

Ömründə savaş üzü görməyən bu revanşist tip yazır ki, sən demə, Azərbaycan bundan “bərk təşvişə düşübmüş”.

"Bəli, bu gün Azərbaycanın Ermənistan hakimiyyətinin simasında ideoloji tərəfdaşı, həmfikir adamı var, lakin bu, Bakı üçün sadəcə müvəqqəti pəncərədir və ona görə də bundan maksimum yararlanmağa çalışır”, - deyə Tiqran Abramyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR