İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan: “Azərbaycan bütün postları yolları tutub”  

919 06.07.2023 18:05 Region A A

“Azərbaycanla Ermənistan  arasında aparılan danışıqlar kontekstində, son vaxtlar qoşunların qarşılıqlı olaraq çıxarılması ətrafında  müzakirələr yenidən intensivləşib”. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan yazıb.

“44 günlük müharibədən sonra Azərbaycan cəbhə xəttinin demək olar ki, bütün strateji istiqamətləri üzrə, Kutakan-Sotk (Canəhməd-Günəşli-Zod-red.) sektorundan Araz çayına qədər irəliləyərək, özü üçün əlverişli mövqelərdə qərarlaşıb.

Bir çox yaşayış məntəqələrimiz, kommunikasiyalarımız onların bilavasitə nəzarətində qalıb.

Əgər erməni qoşunları bir neçə kilometr daha geri çəkilsə, o zaman Ermənistan öz həyat qabiliyyətini tamamilə itirəcək.

Azərbaycan isə növbəti fürsətdən istifadə edərək boş qalan yerləri tutacaq.

Ona görə də, mənim fikrimcə, Azərbaycanla Ermənistan arasında danışıqlar sülhün əldə olunması uğrunda deyil, Ermənistanın dinc yolla təslim olması ətrafında gedir”, - deyə Abramyan yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR