İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbas Cümə: “Cənubi Qafqazda yeni müharibənin kəskin qoxusu gəlir”

881 08.09.2023 12:18 Region A A

 

“Prezident Əliyev üstün durumda olduğunu və heç kimin onun planlarını həyata keçirməsinə mane ola bilməyəcəyini hiss edir. Deməli, regionda məqsədlərə çatmaq üçün ordudan istifadə etmək Bakı üçün tamamilə məqbul ssenaridir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər rusiyalı analitik Abbas Cümə tərəfindən səslənib.

Onun sözlərinə görə, Rusiya və Qərbin başı  hazırda Ukraynaya qarışdığı üçün Cənubi Qafqazda baş verən hadisələrlə çox məşğul olmurlar.

“Geriyə bir tək İran qalır. İran Ərdoğanın dediyi kimi Zəngəzur dəhlizinin qurulması yolunda ən böyük əngəl sayılır. Amma ötən gün Tehranda Türkiyənin xarici işlər naziri Hakan Fidan (keçmiş kəşfiyyat rəhbəri) ilə İran prezidenti İbrahim Rəisi arasında görüş olub. Ankara regiondakı planlarını həyata keçirməkdən və İranla razılığa gəlmək fikrindən əl çəkməyəcək, lakin bunu etmək son dərəcə çətin olacaq. Üstəlik, bütün bunlar Azərbaycan qoşunlarının təmas xətlərində yenidən cəmləşməsi fonunda baş verir. Yəni yeni müharibənin kəskin qoxusu gəlir”-deyə Abbas Cümə söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR