İnsanlara hürriyət, millətlərə istiqlal!

9 yaşlı amerikalı qızdan inanılmaz nəticə

2602 05.04.2026 03:30 Dünya A A

9 yaşlı amerikalı Lusi Milqrim güc idmanında diqqətçəkən nəticə göstərib. Musavat.com xəbər verir ki, Ohayo ştatında keçirilən Arnold Sports Festival çərçivəsində o, yerindən qaldırmada 82 kiloqram çəkini qaldıraraq şəxsi rekordunu yeniləyib.

Bildirilir ki, təxminən 27 kiloqram çəkisi olan Lüsi öz bədən çəkisindən təxminən 3 dəfə artıq ağırlığı ram etməyi bacarıb. Bu nəticə onun ilk idman ilində üçüncü milli rekordunu rəsmiləşdirməsinə imkan verib.

Məlumata görə, balaca idmançı squat növündə təxminən 59 kiloqram, bench pressdə isə 33,5 kiloqram nəticə göstərərək digər kateqoriyalarda da rekordlara imza atıb.

Lusi həftədə 5 dəfə məşq edir. O, 3 ildir güləşlə də məşğuldur. Atasının məşqçi olması isə onun idman hazırlığında mühüm rol oynayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR