İnsanlara hürriyət, millətlərə istiqlal!

8 islam dövləti İstanbilda ŞOK QƏRAR verdi: bundan belə ticarət pulsuz olacaq

1562 11.06.2024 23:17 İqtisadiyyat A A

İslam Səkkizliyinə (D-8) daxil olan ölkələr öz aralarında barter ticarəti qurmaq qərarına gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə Ticarət Nazirliyinin başçısı Ömər Bolat İstanbulda D-8-ə üzv ölkələrin ticarət nazirlərinin görüşündən sonra açıqlayıb.

Onun sözlərinə görə, pulun istifadə olunmadığı hesablaşma sisteminin təqdimatı iyulun əvvəlində baş tutacaq: "Biz D8 ölkələri arasında ticarətin artırılmasına yönəlmiş yeni strategiyalar hazırlamaq, innovativ və "yaşıl" adlandırılan layihələrdə əməkdaşlığı genişləndirmək və barter ticarət sisteminin yaradılması istiqamətində işləmək qərarına gəldik. İyulun ilk həftəsində təhsil, texnologiya transferi və investisiya imkanları kimi sahələrdə daha sıx ortaqlıqlar, barter ticarət sisteminin təqdimatı təşkil olunacaq”.

Ömər Bolat həmçinin qeyd edib ki, D8 ölkələrinin ÜDM-i 4 trilyon dollar, ixracın ümumi həcmi 1,5 trilyon dollar, onlar arasında ticarət dövriyyəsinin həcmi isə 110 milyard dollara yaxınlaşır.

Qeyd edək ki, D8 1997-ci ildə İstanbulda Türkiyənin Baş naziri (1996-1997-ci illər) Necmettin Erbakanın təşəbbüsü ilə yaradılıb. Təşkilata Türkiyə, Nigeriya, Misir, Pakistan, İndoneziya, İran, Malayziya və Banqladeş daxildir. Ötən həftənin sonunda İstanbulda D8 xarici işlər nazirlərinin görüşü baş tutub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR