İnsanlara hürriyət, millətlərə istiqlal!

77 yaşlı qadın lotereyeada 1 milyon dollar udub

3943 20.05.2024 12:35 Dünya A A

ABŞ-ın Miçiqan şəhərində yaşlı qadın avtomobil yuma məntəqəsində aldığı lotereya bileti ilə “Mega Millions” lotereyasında 1 milyon dollar udub.

Musavat.com xəbər verir ki, bu barədə “Michigan Lottery Connect” saytı məlumat yayıb.

Ceksondan olan 77 yaşlı Luiza Adams çirkli avtomobil sayəsində milyonçu olduğunu deyib. "Mən vaxtaşırı Mega Millions oynayıram və bir daha avtomobilimi yuduzdurmaq üçün yanacaqdoldurma məntəqəsində dayananda bilet almağa qərar verdim", - amerikalı qadın xatirələrini bölüşdü.

Bir neçə gündən sonra o, çəkilişin nəticələrini yoxlamaq qərarına gəlib və bütün beş rəqəmin tutduğunu görüb. Ancaq o, nə qədər zəngin olduğunu dərhal anlaya bilməyib. “Mən bileti satıcıya apardım. O, ona baxdı, bir kağız parçasına nəsə yazdı və piştaxtanın üstündə mənə uzatdı. Kaızda 1 milyona yaxın rəqəm yazıldığını görəndə sadəcə susdum", - Adams bildirib.

Təqaüdçü etiraf edib ki, bəxtinə hələ də inanmır. O, Allaha şükür edir ki, həmin gün maşını yudurtmağı qərara alıb.

Qadın pulu ailəsinə xərcləyəcəyini bildirib.

Bundan əvvəl Massaçusetsdən olan amerikalı qadının üç ay ərzində iki dəfə lotereyada bir milyon dollar udduğu bildirilirdi. Şanslı qadın ilk uduşu ilə lüks avtomobili alıb, lakin ikincisini hələ xərcləmək fikrində deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR