İnsanlara hürriyət, millətlərə istiqlal!

71 yaşlı məşhur aktrisa illərə belə meydan oxuyur – Elə FOTOLAR paylaşdı ki...

1237 07.12.2025 12:31 Şou-biznes A A

“Yeşilçam”ın əfsanəvi aktrisalarından olan Gülşen Bubikoğlu 71-ci doğum gününə özəl paylaşdığı foto ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, sənətçinin illərə meydan oxuyan gözəlliyi və duyğusal doğum günü paylaşımı sosial şəbəkələrin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Sənətçi paylaşımına belə bir qeyd əlavə edib:

“Mənim üçün xüsusi bir gündür, illər həqiqətən çox tez keçir. Bu mərhələdən sonra sağlam, sakit və hər mənada yaxşı qalmaq ən önəmlisidir. Hər kəsə sevgilər”.

1973-cü ildə çəkilən “Yaban” filmi ilə kino karyerasına başlayan Gülşen Bubikoğlu “Ah Nerede”, “Gırgıriye”, “Alev Alev”, “Yaz Bekarı”, “Canikom” kimi 50-dən çox filmdə rol alaraq “Yeşilçam”ın qızıl dövrünə damğa vurub. Aktrisa 2024-cü ildə vəfat edən həyat yoldaşı Türker İnanoğlunun itkisi ilə ağır bir dövr yaşamış və uzun müddət gözlərdən uzaq qalmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR