İnsanlara hürriyət, millətlərə istiqlal!

7 il öncə bir dəfə Amerikada... – 75 konqresmen Türkiyəyə cəza tələb edir

660 17.05.2024 13:30 Dünya A A

Rəsmi Ankara və Vaşinqton arasında son illərdə gərginləşmiş münasibətlərin normallaşması istiqamətində addımlar atılarkən yeni bir nifaq ocağı yaranıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, prezident Ərdoğanın ABŞ-a planlaşdırılan səfərinin hər iki tərəfin gündəmində olmaması səbəbindən təxirə salınmasından sonraya təsadüf edir.

Bildirilir ki, ABŞ Konqresindən olan 75 siyasətçi ABŞ prezidenti Co Bayden administrasiyasına məktub yazaraq, 2017-ci ildə Ərdoğanın Vaşinqtona səfəri zamanı baş verən dava ilə bağlı Bayden administrasiyasından tədbir görülməsi tələb olunub.

Siyasətçilər aralarında terror təşkilatının tərəfdarlarının da olduğu nümayişçilərlə prezident Ərdoğanın mühafizəçiləri arasında baş verən insidentlərə görə Türkiyənin məsul tutulmasını iddia ediblər.

Yunanıstanın ən çox oxunan qəzetlərindən biri olan “Kathimerini” tərəfindən dəs edilən məktubda Türkiyənin diplomatik toxunulmazlığa malik olması səbəbiylə iki ayrı iddiaçının irəli sürdüyü hüquqi ittihamlarln baxıldıqdan sonra rədd edildiyi ifadə edilib.

Məktub bu bəyanatla bitir: “Biz ABŞ hökuməti adından çıxış edən və Konqresin iradəsinə hörmətlə yanaşan Dövlət Departamentini iki ölkə arasında münasibətlərin əsas elementi olan bu məsələni prezident qarşısında qaldırmağa çağırırıq”.

7 il öncə baş vermiş bir insidenti hələ də siyasətdə təsir aləti kimi saxlamağa çalışan Amerikalı konqresmenlərin sözlərindən elə çıxır ki, mühafizəçilər öz funksiyalarını yerinə yetirməməli, aqressiv nümayişçilərin Ərdoğanı təhqir etmələrinə, ona və digərlərinə xəsarət yetirmələrinə şərait yaratmalı imişlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR