İnsanlara hürriyət, millətlərə istiqlal!

7 fevral seçkisi ilə bağlı antitəbliğat sifarişdir, yoxsa?

702 13.12.2023 12:39 Gündəm A A

İlham Əliyevin prezident seçkisində namizəd olacağı elan edildi - yaxın günlərdə YAP İdarə Heyəti bu qərarı rəsmiləşdirəcək

Növbədənkənar prezident seçkisi elan olunduqdan sonra bəzi çevrələrdə mənasız “dedi-qodu” xarakterli müzakirələr başlamışdı. Xaricdən maliyyələşən bəzi blogerlər, bəzi şəxslər məntiqsiz iddialar səsləndirirlər ki, guya İlham Əliyev öz namizədliyini verməyəcək. 

Dekabrın 12-də bu əsassız söz-söhbətə nöqtə qoyuldu. Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanın 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində namizədinin İlham Əliyev olacağını bəyan etdi. O bildirib ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkisi ilə əlaqədar tədbirlər planını yekunlaşdırmaq üzrədir. Tahir Budaqov qeyd edib ki, yaxın günlərdə YAP İdarə Heyətinin iclası olacaq və  prezidentliyə namizəd irəli sürüləcək. O qeyd edib ki, sonuncu qurultayda İdarə Heyətinə belə bir səlahiyyət verilib.

YAP sədrinin müavini diqqətə çatdırıb ki, artıq prezidentliyə namizəd bəllidir: “Uzun illərdir hamı deyirdi ki, kim Qarabağı azad edəcək, o bizim əbədi prezidentimiz olacaq. Düşünürəm ki, İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətlə, Azərbaycan xalqına xidmətlə və işğal olunmuş əraziləri azad etməklə bu vəzifəni, bu titulu daşımağı qazanıb. Hər bir vətənpərvər azərbaycanlı bu fikirdədir. İdarə Heyətinin iclasında da hər kəs öz fikrini bildirəcək. YAP-ın fikri bu barədə qətidir”.

Seçkiyə qarşı təbliğat aparanların daha bir iddiası isə bundan ibarətdir ki, xüsusi karantin dövründə seçki keçirilməməlidir. 

Bəs bu cür antiseçki təbliğatının aparılması hansısa dairələrin sifarişidir, yoxsa boşboğazlıqdan irəli gəlir? Karantin rejimi seçkilərə mane törədir?

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC

Yeni Azərbaycan Partiyasından deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycanın zəfərini həzm edə bilməyən xaricdən idarə olunan müxtəlif təxribatçı qruplar var. Onlar mümkün qədər prezident seçkisinə kölgə salmağa cəhd göstərirlər, ictimai rəyi çaşdırmağa, onu manipulyasiya etməyə çalışırlar:  “Əgər biz bu gün qürurla tarixi zəfərimizdən, Azərbaycan Konstitusiyasının ölkəmizin bütün ərazisində bərpa olunmasından danışırıqsa, şübhəsiz ki, bütün bunları həyata keçirən siyasi liderdən, dövlət xadimindən də danışmalıyıq ki, o da Prezident İlham Əliyevdir. Belə olan halda heç şübhəsiz ki, bundan sonrakı mərhələdə də bu inkişafın davamının təmin olunması, Azərbaycanın yeni hədəflər uğrunda yeni məqsədlərini reallaşdırması üçün namizədimiz də bəllidir. Blogerlər hansı fikirlər səsləndirirlərsə, haradan direktiv alırlarsa, bu da onların öz işidir. Düşünürəm ki, görülən və görüləcək böyük işlər kontekstində onların səsi eşidilmir”. 

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı bəzi boşboğazların dedi-qodusu müəyyən suallar yaradır: “İstər-istəməz düşünürsən ki, bu boşboğazlar irəli sürdükləri fikirləri xaricdən verilən sifarişlər əsasında deyirlər, yoxsa siyasətdən başı çıxmayan sosial şəbəkə "qəhrəmanlarına" xas özfəaliyyətdir. Seçki təyin olunandan bir gün sonradan etibarən əsas təbliğatı bu istiqamətdə qurdular ki, İlham Əliyev namizəd olmayacaq və sair. 12 dekabrda Tahir Budaqovun verdiyi açıqlama ilə bu iddiaların əsassız olduğu bir daha təsdiqləndi. Antiseçki təbliğatı aparanların bütün iddiaları əslində boşboğazlıqdır, qəsdən uydurulan iddialardır. Bu gün İlham Əliyevə alternativ ola biləcək qüvvə yoxdur. Qalib sərkərdəni Azərbaycan xalqı yüksək səs çoxluğu ilə prezident seçəcək. 

COVİD-19 pandemiyasının bütün dünyanı bürüdüyü dövrlərdə belə, dünyanın bir sıra dövlətlərində parlament və prezident seçkiləri keçirildi. İnsanlar maska ilə seçki məntəqələrinə gəlirdilər. Yəni hətta o cür ciddi sərt karantin dövründə belə, dünya ölkələrində seçkilər keçirildiyi təcrübələri mövcuddur. Hazırda isə sərt karantin rejimi deyil, bütün sahələrdə normal adi iş rejimində insanlar fəaliyyət göstərir, toylar, şənliklər, yas məclisləri adi qaydada keçirilir, ticarət mərkəzləri, məktəblər fəaliyyət göstərir, qapanmalar yoxdur. Hazırda Azərbaycanda insanlar pandemiyadan əvvəlki dövrdəki sərbəst həyat və fəaliyyətlərini davam etdirirlər. Belə olduğu halda, seçkinin karantin rejimində keçirilməsini sanki dəhşətli bir hal kimi təqdim etmək absurddur. 

Əhalinin guya seçkiyə gəlməyəcəyi təbliğatını aparanların da arzuları ürəyində qalacaq. Azərbaycan xalqı qalib xalq olaraq, bütün ərazilərini işğaldan azad etmiş xalq kimi bu seçkiyə daha aktiv şəkildə qatılacaq. Azərbaycan xalqı müzəffər Prezident İlham Əliyevin bir çağırışı ilə ən yüksək səviyyədə seçkidə iştirak edib səs verəcək. Azərbaycanın müstəqilliyinin bərpasından indiyə qədər olan dövrdə ilk dəfə bütün ərazilərimizdə seçki keçiriləcək. 7 fevral növbədənkənar prezident seçkisi həm də bu baxımdan əlamətdar hadisə kimi tarixə düşəcək". 

Beləliklə, hakim partiyanın namizədinin kim olacağı elan edildi. Bəs müxalifətdən namizədlər nə zaman müəyyən ediləcək?

Arzuxan Əlizadə Milli İstiqlal Partiyasının sədri seçildi

 Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Musavat.com-a açıqlamasında bildirib ki, bu həftənin cümə günü partiyanın Siyasi Şurasının iclası çağırılıb: “Bu iclasda partiyanın seçkilərdə hansı formada iştirakı ilə bağlı məsələ müzakirə olunacaq. Eyni zamanda öz namizədimizin olub-olmayacağı müəyyənləşdiriləcək”. 

Elşad Musayev: “Ordumuzu, dövlətimizi, Prezident İlham Əliyevi vətən  uğrunda savaşda dəstəkləyirik”

Elşad Musayev 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar prezident seçkisində iştirak edib-etməməklə bağlı yekun qərarın Siyasi Şuranın iclasından sonra veriləcəyini bildirib: “Siyasi Şuranın bir neçə üzvü Bakıda olmadığı üçün iclas bu həftəyə təyin olunub. Növbədənkənar seçki elan olunduğu gündən məsləhətləşmələr aparılıb. Yekun qərar qəbul ediləndə açıqlama verəcəyik”.

Ölümlə hədələnən Tural Abbaslı ilə bağlı DİN araşdırmaya başlayıb -  GlobalInfo.az

Tural Abbaslı

Ağ Partiya başqanı Tural Abbaslı isə bildirib ki, son qərarı bu həftə ərzində verəcəklər: “Nəzərə almaq lazımdır ki, seçkidə iştirak edəcəyiksə, artıq qərar verilməlidir, çünki zamanın az olması ilə bağlı çətinliklər var. Müxalifət partiyası olaraq resurslarımız və imkanlarımız  məhduddur. Eyni zamanda gələn il referendumu da nəzərə alsaq, 3 seçkinin keçirilməsi gözlənilir. Buna görə də resurslarımızı, gücümüzü, mümkün maliyyə hesablarımızı elə hesablamağa çalışırıq ki, siyasi imkanlarımızı itirməyək. Proses öz-özlüyündə ağırdır. 40 min imzanın toplanması üçün zaman və resurs lazımdır. Qış aylarında imza toplamaq çətin olacaq. Partiyalar öz resursları-üzvlük haqları, ianələr hesabına namizəd irəli sürsələr belə, qeydiyyata alınıb-alınmamaq sual altındadır. 3 aydan sonra parlament seçkisi keçiriləndə yenidən üzvlərə müraciət edib imza toplamaq, namizəd irəli sürmək lazım olacaq. Yəni ümumilikdə çox çətin prosesdir”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR