İnsanlara hürriyət, millətlərə istiqlal!

67 yaşlı kişi müxalifət liderini bıçaqladı

621 02.01.2024 22:30 Dünya A A

Cənubi Koreya polisi ölkənin müxalifət lideri Li Jae-Myunqa hücum edənə qarşı ittiham irəli sürüb.

Bundan əlavə, polis cinayətkar haqqında təfərrüatları açıqlayıb. Məlumata əsasən, sui-qəsd edən şəxsin 67 yaşı olub və cinayət zamanı 18 santimetrlik bıçaqdan istifadə edib.

Qeyd edək ki, Li Jae-Myunq yeni hava limanının tikinti sahəsini ziyarət etmək üçün Busan şəhərinə gəlib və mətbuat konfransına qatılıb. Bu zaman ona qarşı hücum edilib. O, hücumdan təxminən 20 dəqiqə sonra xəstəxanaya aparılıb. Bu gün onun əməliyyat olunacağı deyilir. Siyasətçinin boynunda xəsarətlər olduğu bildirilir./Lent.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR