İnsanlara hürriyət, millətlərə istiqlal!

54 yaşlı alpinist 30-cu dəfə Everesti fəth edib

429 22.05.2024 13:13 Dünya A A

54 yaşlı Kami Rita 30-cu dəfə Everestin zirvəsinə qalxıb. O, sonuncu dəfə 10 gün əvvəl Everestə dırmaşıb.

Musavat.com xəbər verir ki, bu barədə Nepal Turizm Nazirliyinin nümayəndəsi Xim Lal Qautam X sosial şəbəkəsində məlumat verib.

"O, öz rekordunu qırdı... bu, onun dünyanın ən uca zirvəsinə 30-cu yüksəlişidir",- deyə Qautam yazıb. Kami Rita cənub-şərq silsiləsinin ənənəvi marşrutu ilə 8849 metr hündürlükdə zirvəyə çatıb.

54 yaşlı alpinist Everestə ilk dəfə 1994-cü ildə çıxıb və o vaxtdan bəri, demək olar ki, hər il bunu edir. İstisna yalnız hakimiyyət orqanlarının müxtəlif səbəblərdən dağa qalxmağı dayandırdığı üç ildə olub..

Onu da qeyd edək ki, indiyədək Everest zirvəsinə qalxan yollarda yüzlərlə alpinist həlak olub və fbu cür faciəvi hadisələr, demək olar ki, hər il baş verir. Həlak olanların içində təcrübəli alpinistlər daha çoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR