İnsanlara hürriyət, millətlərə istiqlal!

50 il axtarışda olan şəxs tutulduqdan bir neçə gün sonra ÖLDÜ

756 29.01.2024 15:45 Dünya A A

50 ildir Yaponiyanın "ən çox axtarılanlar" siyahısında olan Satoşi Kirişima olduğu güman edilən şəxs tutulduqdan bir neçə gün sonra vəfat edib.

Musavat.com xəbər verir ki, 1970-ci illərdə ifrat solçular tərəfindən törədilən partlayışlara görə axtarışda olan Satoşi Kirişima ötən həftə saxta adla getdiyi xəstəxanada yaxalanıb.

Axtarış qərarı çıxarılanda 20 yaşı olan Kirişimanın ələ keçirildiyi zaman 70 yaşı var idi. Tutulan şəxsin Kirişima olub-olmadığını dəqiqləşdirmək üçün DNT testi aparılacaqdı. Lakin kişinin həyatı buna kifayət etmədi.

1954-cü ilin yanvarında Xirosimada anadan olan Kirişima o dövrdə radikal ifrat sol siyasətin gərgin olduğu Tokioda universitetdə oxuyub. Kirişima 1975-ci ilin aprelində Tokionun dəbdəbəli Ginza rayonunda binanı bombaladıqdan sonra axtarış siyahısında idi.

Yapon mediası həmin şəxsin illərdir ikili həyat sürdüyünü və saxta Hiroşi Uçida adı ilə Fujisavada yaşadığını yazıb. Kirişimanın inşaat mühəndisi kimi çalışdığı məlum olub. Onun maaşını nəğd şəkildə aldığı, tibbi sığortası və sürücülük vəsiqəsi olmadığı da məlum olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR