İnsanlara hürriyət, millətlərə istiqlal!

44 günlük müharibə sonrası 70-dən çox erməni zabiti mühakimə edilib

331 05.01.2023 17:16 Region A A

 

İkinci Qarabağ müharibəsində aldığı məğlubiyyətdən sonra Ermənistanda  17 minə yaxın adam dindirilib, 70-dən çox zabit ittiham olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Verilən informasiyaya əsasən, 2022-ci ilin oktyabrında Qarabağ müharibəsi zamanı Hadrut yaxınlığında 73 əsgərin ölümü ilə bağlı iki yüksək rütbəli zabit xidmətdə səhlənkarlıqda ittiham edilir. İstintaqın məlumatına görə, 2020-ci il oktyabrın 11-də Azərbaycan ordusunun Hadrutun Ballıca kəndində düşmənin demək olar ki, bütün şəxsi heyətinin məhv edilməsi ilə sonuclanan uğurlu əməliyyatına görə erməni zabitlər məhkəmə qarşısında dayanıb.

Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kərəmyan bununla bağlı başlanmış cinayət işlərinin istintaqının gedişi barədə danışıb. "Biz müharibə ilə bağlı cinayət işlərini şərti olaraq iki hissəyə ayırdıq - zabitlərə qarşı işlərə və sıravilərə qarşı işlərə. Bunun əsasında 70-ə yaxın erməni zabiti ittiham olunur. 17 minə yaxın insan dindirilib",-deyə o qeyd edib.

Kərəmyanın sözlərinə görə, işlər istiqamətlərə və çoxsaylı epizodlara görə ayrıca icraata bölünür. Belə ki, ayrı-ayrı müstəntiq qrupları “10-cu diviziya”, “18-ci diviziya”, “1-ci ordu korpusu”, “Şuşanın süqutu” (azad olunması-red.),“7-8 oktyabr əməliyyatı” ilə bağlı işlərə baxır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR