İnsanlara hürriyət, millətlərə istiqlal!

40-dan çox ölkə Navalnıya görə HƏRƏKƏTƏ KEÇDİ 

615 06.03.2024 12:15 Dünya A A

Avropa İttifaqının BMT-nin İnsan Haqları Şurasındakı nümayəndəsi Lotte Knudsen Böyük Britaniya, Kanada, ABŞ və Ukrayna daxil olmaqla, 27 Aİ ölkəsi və ittifaqa daxil olmayan ölkələr adından rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı beynəlxalq araşdırmaya çağırıb. 40-dan çox ölkə yenidən Rusiyanı Navalnının ölümü ilə bağlı müstəqil beynəlxalq araşdırmaya icazə verməyə səsləyib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Knudsen Navalnının ölümündə Rusiya prezidenti Vladimir Putini günahlandırıb:

“Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ölümü bizi kədərləndirdi. Bu ölümə görə məsuliyyət Rusiya prezidenti Putin və Rusiya hakimiyyətinin üzərinə düşür. Rusiya Navalnının qəfil ölümü ilə bağlı müstəqil və şəffaf beynəlxalq araşdırma aparılmasına icazə verməlidir”.

Xatırladaq ki, Aleksey Navalnı fevralın 16-da 47 yaşında vəfat edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR