İnsanlara hürriyət, millətlərə istiqlal!

4 ölkə Şimal-Cənub dəhlizi üzrə birgə sənəd imzaladı

1032 21.07.2024 20:06 Son xəbər A A

Rusiya, İran, Qazaxıstan və Türkmənistan Şimal-Cənub nəqliyyat dəhlizinin şərq marşrutunun potensialının 2024-2025-ci illər üçün sinxron inkişafı üzrə Yol Xəritəsi imzalayıblar.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “News Central Asia” Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən yayıb.

Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib ki, sənədin həyata keçirilməsi 2027-ci ilə qədər dəhlizin ötürücülüyünü ildə 15 milyon tona, 2030-cu ilə qədər isə 20 milyon tona çatdıracaq:

“Qazaxıstan 2030-cu ilə qədər yük axınlarının artımı üçün ən yüksək potensiala malik olan və Hind okeanına ən qısa tranzit üçün ən təhlükəsiz kimi görünən Şimal-Cənub İTC-nin Şərq qolunun inkişafında fəal iştirakını davam etdirmək niyyətindədir. Odur ki, Qazaxıstan, Rusiya, Türkmənistan və İran ərazilərindən keçən Şimal-Cənub dəhlizinin şərq marşrutunun potensialının sinxron inkişafı üçün bu gün imzalanmış Yol Xəritəsinin praktiki icrasına başlamaq lazımdır”.

Sənəd iyulun 19-dan 20-dək Aktauda keçirilən Birinci Şimal-Cənub nəqliyyat, ticarət və ixrac forumu çərçivəsində baş tutub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR