İnsanlara hürriyət, millətlərə istiqlal!

35 il eyni vəzifədə - Dəyişən ölkə rəhbərləri təmiz adam İnauriyə toxunmayıblar

4299 18.05.2023 15:20 Yaxın tarix A A

Onun uzun müddət, 35 il eyni vəzifədə, Gürcüstan kimi “həssas” bir respublikada Dövlət Təhlükəsizliyi Komitəsinin sədri işləməsi haqqında fərqli fikirlər söylənilib. Aleksey İnauri bu illər ərzində Gürcüstanın Vasili Mjanavadze, Eduard Şevardnadze, Cumber Patiaşvili kimi birinci katibləri dövründə ötkəm DTK sədri kimi tanınıb. Onun vəzifə stabilliyinin əsas səbəblərindən biri son dərəcə təmiz adam olması, istər Gürsüstanda, istərsə də ittifaq miqyasında səs-küyə səbəb olan hadisələrdə adının hallanmaması olub. Bununla yanaşı, İnauri kiminlə üz-üzə dayanmasından asılı olmayaraq vəzifə səlahiyyətləri daxilində tələbkarlığı ilə tanınıb.

Aleksey İnauri 1908-ci ildə Gürcüstanda, Qori şəhərində anadan olub. O, orta təhsilini başa vurduqdan sonra Tiflisə köçüb, ilk əmək fəaliyyətinə konserv zavodunda fəhlə kimi başlayıb. Daha sonra Krasnodarda Şimali Qafqaz süvari məktəbində təhsil alıb.

Inauri_Aleksey_Nikolaevich.jpg (59 KB)

Sovet-alman müharibəsi başlanana qədər İnauri Ukrayna hərbi dairəsində müxtəlif vəzifələrdə, divizya komandirinin müavini, alay komandiri, alay məktəbinin rəisi, hərbi hissə qərargahının rəisi vəzifələrində xidmət edib, mayor rütbəsinə qədər yüksəlib.

İnauri müharibə illərində 6-cı və 37-ci ordunun tərkibində ən ağır hərbi əməliyyatlarda iştirak edib, xidmətdə fərqləndiyinə görə çoxsaylı orden və medallarla təltif olunub.

Müharibədən sonra İnauri Voroşilov adına Ali Hərbi Akademiyada təhsilini davam etdirib. Bu təhsil ocağını bitirdikdən sonra o, Almaniyadakı sovet qoşunlrının 1-ci diviziyasına komandir təyin edilib.
Qoridə doğulduğu üçün Stalinin yaxın ətrafına çıxışı olsa da İnauri rütbə və vəzifəsinin yüksəlməsi üçün heç vaxt birincilərə tərəf can atmayıb. Onun Lavrenti Beriya ilə də ümumi tanışlığı olub. Amma o, bu tanılıqdan sui-istifadə etməyi öz hərbçi şərəfinə sığışdırmayıb. Elə İnaurinin yuxarılara bu cür münasibəti də onun gələcək karyerasında böyük rol oynayıb.

1130074_1000.jpg (162 KB)

1953-cü ildə Beriya həbs olunduqdan sonra daxili işlər və təhlükəsizlik orqanlarında təmizlik işləri aparılanda bu qurumlarda çoxsaylı vakant vəzifələr yaranıb. İnauri də peşəkar hərbçi və sədaqətli kommunist kimi Mərkəzi Komitəyə dəvət olunub və ona Gürcüstanın daxili işlər naziri vəzifəsi təklif edilib. Hərbi strukturdan daxili işlər orqanlarına keçid İnauri üçün gözlənilməz olsa da, o, təklifi partiya göstərişi kimi qəbul edib. 1953-cü ildə Gürcüstanın daxili işlər naziri təyin edilən İnauri bir ildən sonra, 1954-cü ildə Gürcüstan DTK-sının sədri vəzifəsinə təyinat alıb.

İnaurinin xüsusi xidmət orqanlarında təcrübəsi olmadığından, o, xidməti vəzifəsində daha çox intuisiyasına və zəngin həyat tərcübəsinə arxayın olub. DTK sədrinin gözündən nəyisə yayındırmaq mümkünsüz sayılıb. Ədalətli qərarları, əməkdaşlarına qayğıkeş münasibəti, rüşvətə qarşı amansız mövqeyi sayəsində o, rəhbərlik etdiyi şəxsi heyət arasında böyük nüfuz qazanıb.

1138088_1000.jpg (160 KB)

DTK sədri işlədiyi illərdə Gürcüstanın birinci katibləri İnauri ilə ehtiyatlı davranıblar. Respublikda İnaurinin həyat tərzi - sadəliyi, heç bir iqamətgaha, bahalı xarici avtomobilə, var-dövlətə sahib olmaması hamıya məlum olub. Hətta Edusrd Şevardnadze kimi Moskvaya yaxın olan birinci katib də DTK sədri ilə konfliktə girişməkdən çəkinib.

İnaurinin Moskva ilə əlaqələri də yüksək səviyyədə qurulub. Yuri Andropov İnaurini etibarlı, üzərinə düşən vəzifələri lazımi səviyyədə icra etməyi bacaran kadr kimi qəbul edib. İnauri o cümlədən Kreml rəhbərliyi tərəfindən də yaxşı mənada xarakterizə edilib. 1964-cü ildə Xruşovun devrilməsi planlaşdırılanda sovet liderinin istirahət etdiyi Pitsunda (Gürcüstan) şəhərinə nəzarət, giriş-cıxış, rabitə qovşaqlarının nəzarətdə saxlanılması və s. İnauriyə həvalə edilib və o, öz üzərinə düşən missiyanı tələb olunandan da artıq icra edib. Buna görə DTK sədri Leonid Brejnevdən təşəkkür alıb.

1136434_1000.jpg (141 KB)

Alman faşizmi üzərində qələbədən 40 il keçdikdən sonra İnaurinin Moskvaya müraciətinə baxılaraq onun sovet-alman müharibəsi dövründəki fəaliyyəti yenidən araşdırılıb. DTK sədri 1985-ci ildə Kremldə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib.

General-polkovnik rütbəsinə qədər yüksələn İnauri 1988-ci ildə 35 il tutduğu Gürcüstan DTK-nın sədri vəzifəsindən səhhəti ilə bağlı könüllü istefa verib, elə həmin il də SSRİ Ali Sovetinə deputat seçilib, yaşına və səhhətinə baxmayaraq ictimai fəallığını davam etdirib.

1135870_1000.jpg (137 KB)

Vəzifəsindən getdikdən sonra da İnauri ictimaiyyət arasında böyük hörmət və nüfuzunu itirməyib, yerli təhlükəsizlik orqanlarının əməkdaşları mürəkkəb əməliyyatlar zamanı generalla məsləhətləşiblər, təcrübəsindən bəhrələnəliblər. O, öz bilik və bacarığını gənc əməkdaşlardan əsirgəməyib.
Aleksey İnauri 23 iyun 1993-cü ildə, 85 yaşında Tiflisdə vəfat edib. O, Tiflisdəki Saburtalo qəbirstanlığında həyat yoldaşının yanında dəfn olunub.

Inauri_A_N_np.jpg (118 KB)

Vəfatından sonra İnaurinin ölüm səbəbi ilə bağlı təsdiqini tapmayan, yaxud da təsdiqinə cəhd edilməyən versiyalar səsləndirilib. Belə versiyaların birinin müəllifi DTK veteranı İqor Peretruxin olub ki, o, İnaurinin qəsdən öldürüldüyünü bildirib, qeyd edib ki, general ortaya çıxarılması lazım olmayan bir çox hadisələr haqqında məlumatlı olduğu üçün aradan götürülüb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR