İnsanlara hürriyət, millətlərə istiqlal!

300 milyardlıq sülh reallaşır- Vaşinqton və Tehran yeni dövr açır?

705 17.06.2026 11:29 Dünya A A

İran və ABŞ arasında əldə olunan memorandum layihəsi uzun illər davam edən qarşıdurmanın, qarşılıqlı ittihamların və regional gərginliyin sona çatdırılmasına yönəlmiş ən genişmiqyaslı siyasi sənədlərdən biri kimi tarixə düşməkdədir.

Layihə barədə qısa məlumat verək: Sənəddə təkcə hərbi əməliyyatların dayandırılması deyil, həm də iqtisadi sanksiyaların ləğvi, İranın yenidən qurulması üçün yüz milyardlarla dollarlıq maliyyə dəstəyi, nüvə proqramı ilə bağlı qarşılıqlı öhdəliklər və regionda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması nəzərdə tutulur. Tərəflər bir-birinin suverenliyinə hörmət göstərmək, daxili işlərə qarışmamaq və yekun sülh sazişinə qədər mövcud vəziyyəti qorumaq barədə öhdəlik götürürlər. Eyni zamanda sənəd Fars körfəzi və ətraf bölgələrdə nəqliyyatın bərpasını, ABŞ qüvvələrinin mərhələli şəkildə geri çəkilməsini və İranın beynəlxalq maliyyə sisteminə yenidən inteqrasiyasını nəzərdə tutur. Əgər bu müddəalar tam şəkildə həyata keçirilərsə, Yaxın Şərqin siyasi xəritəsində son onilliklərin ən mühüm geosiyasi dönüşlərindən biri baş verə bilər.

Bu memorandum həqiqətən tərəflər arasında davamlı sülhün əsasını qoya biləcəkmi?
ABŞ-ın sanksiyalarının tam ləğvi və 300 milyard dollarlıq bərpa proqramı kimi öhdəlikləri real siyasi iradəyə söykənir, yoxsa bunlar danışıqlar prosesinin bir hissəsi kimi irəli sürülmüş vədlərdir?

İranın nüvə proqramını qorumaqla yanaşı nüvə silahı istehsal etməyəcəyinə dair öhdəliyi beynəlxalq ictimaiyyəti qane edəcəkmi? Bu razılaşma İsrail, Səudiyyə Ərəbistanı və digər regional güclərin təhlükəsizlik maraqlarına necə təsir göstərəcək? BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsi nəzərdə tutulan yekun saziş Yaxın Şərqdə yeni bir sabitlik dövrünün başlanğıcı olacaq, yoxsa tərəflər arasında növbəti diplomatik sınağın təməlini qoyacaq?

AMİP-in qurultayı onlayn keçirilə bilər - Əli Orucov | Modern.az

AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucov Musavat.com-a açıqlamasında bunun tam real olmayacağını qeyd etdi: “İranla ABŞ arasında dayanıqlı və sülhün əldə olunması üçün uzun yol və mürəkkəb danışıqlar lazım olacaq. Bir memarandumla bütün problemləri həll etmək mümkün deyil. Burda digər regional və qlobal oyunçuların da maraqları nəzərə alınmalıdır. Onu da qeyd etmək lazımdır ki, ABŞ İran razılaşmasına İranın daxilində də etirazlar və buna qarşı çıxanlar var, onlar bunu qətlə yetirilmiş dini liderlərinin ruhuna xəyanət sayır. İsrail qəbul elektron imzalanmış sənədi tanımaqdan və Livandan çıxmaqdan imtina edir. Halbuki 14 bənddən biri də İsrailin hücumlarını dayandırması və Livandan çıxmasıdır. Əgər Tramp İsraili cilovlaya bilsə müəyyən müddətə regionda nisbi sülh yaratmaq mümkün olar. Yaxın Şərqin açarı Fələstin məsələsinin BMT Nizamnaməsinə paytaxt Şərqi Qüds şəhəri olmaqla müstəqil Fələstin dövlətinin qurulması və terrorçu qrupların tam ləğv edilməsidir. Hətta Vaşinqtonun özü buna hazır deyil. Demək, geostrateji məkan olan Yaxın Şərqdə uzunmüddətli sülhü gözləmək hələ çox tezdir”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR