İnsanlara hürriyət, millətlərə istiqlal!

30 rus diplomatının AFR-dən çıxarılması - hələlik təsdiqlənmir

310 27.03.2023 17:04 Son xəbər A A

Bazar ertəsi Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi 30 rus diplomatının ölkədən çıxarılması ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləməyib.

"Belə bir tədbir - materialda təqdim edildiyi formada - hazırda nəzərdə tutulmayıb", - idarənin nümayəndəsi brifinqdə bu məsələ ilə bağlı əlavə məlumat vermədən deyib.

Şənbə günü "Focus" nəşri Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yazıb ki, Almaniyanın xarici işlər naziri Annalena Burbok Berlində akkreditə olunmuş 30-dan çox rusiyalı diplomatı persona non-qrata elan etməyi planlaşdırır. Həmin gün Rusiya Xarici İşlər Nazirliyi diplomatların ölkədən çıxarılmasına “sərt cavab”ın hazır olduğunu açıqlayıb.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR