İnsanlara hürriyət, millətlərə istiqlal!

30 il öncə 525 qəzetdən biriydi, indi 5 qəzetdən biridir - "525-ci qəzet"in yubileyi

1346 17.11.2022 12:34 Media A A

Bu gün Azərbaycan mediasında öz dəst-xətti, auditoriyası, yolu, məktəbi, siması olan "525-ci qəzet"in 30 yaşı tamam olur.

Böyük hissəsi keçid dövrünə, siyasi, iqtisadi planda xaoslar dövrünə düşən, bir-birindən təlatümlü, keşməkeşli, acılı-şirinli keçən bu 30 ildə bir qəzetin öz mövcudluğunu qoruyub saxlaması gerçəkdən də fenomenal işdir. Tanınmış jurnalist, yazıçı-şair Rəşad Məcid və onun rəhbərlik etdiyi kollektiv bunu bacarıb, qəzeti inkişaf etdirib, bu günə çatdırıb.

Yarandığı dövrdə ölkədəki 525 qəzetdən biri, hətta 525-cisi olan bu qəzet artıq ölkənin 5 qəzetindən biridir - gündəlik çıxır, nəzdində bir neçə sayt fəaliyyət göstərir, müasir jurnalistikamıza öz töhfəsini verir, parlaq imzalara malikdir. 

"Yeni Müsavat" Media Qrupuna daxil olan yaradıcı kollektivlər "525-ci qəzet"də çalışan həmkarlarımızı təbrik edir, onlara yaradıcılıq uğurları arzu edir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR