İnsanlara hürriyət, millətlərə istiqlal!

“3 aya Qarabağ məsələsini həll edərəm” - “Vardan Oskanyan axmaqdır”

3559 07.07.2023 18:57 Region A A

Erməni deputat, hakim “Vətəndaş sazişi” partiyasının üzvü Gevorq Papoyan keçmiş xarici işlər naziri Vardan Oskanyanın “məni müzakirəçi təyin etsələr, 3 aya Qarabağ məsələsini həll edərəm” sözlərinə sərt təpki göstərib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərlə söhbəti zamanı danışıb.

“Vardan Oskanyan 10 il xarici işlər naziri olub, bildiyimə görə, Levon Ter-Petrosyanın dövründə o, 5-7 il xarici işlər nazirinin müavini vəzifəsini daşıyıb. Bütün bu dövr ərzində Qarabağ məsələsi ilə məşğul olub. Əslində Vardan Oskanyana 15 il 3 ay vaxt lazım idi. Levon Ter-Petrosyan ona 5 il, Robert Köçəryan isə 10 il vaxt verdi. Ona görə də onun dediyi axmaqlıqdır”, - deyə Papoyan bildirib.

“Oskanyanın keçdiyi, bu gün haqqında danışdığı yol müharibə yoludur. İndi də o, daha 3 ay işləməyi təklif edir ki, biz növbəti müharibə ilə üz-üzə qalaq. Mən Vardan Oskanyanın bunu həyata keçirməsinə imkan verməyəcəm”, - deyə erməni deputat söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR