İnsanlara hürriyət, millətlərə istiqlal!

29 illik həsrətin bitdiyi qan donduran anlar - Evini görən "Yeni Musavat"-ın əməkdaşı diz çökdü... VİDEO

4891 19.04.2022 18:30 Gündəm A A

Kəlbəcər rayonunun Başlıbel kəndində Ermənistan silahlı birləşmələri və terror qruplarının 1993-cü il 18 apreldə törətdiyi qətliamdan 29 il ötdü.

Aprelin 16-da Prezident Administrasiyasının tapşırığı əsasında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qətliamda şəhid olanların ailə üzvləri, hadisədən sağ çıxmış şəxslərin bəzilərinin, həmçinin jurnalistlərin Kəlbəcərin Başlıbel kəndinə səfəri təşkil olunub.

Səfərdə “Yeni Müsavat” qəzetinin yazarı, Başlıbel kəndindən olan Etibar Seyidağa da iştirak edib.

29 il 15 gün sonra doğma kəndinə gedən Etibar Seyidağa doğulduğu, 16 yaşına qədər yaşadığı ata evinin qarşısına çatarkən çox duyğulu anlar yaşanıb. Əməkdaşımız Başlıbel kəndinin ermənilər tərəfindən darmadağın ediləmiş qədim Məscidinin qalıqlarını, kəndin vandalizmə məruz qalmış qəbiristanlığını da ziyarət edib və reportaj hazırlayıb. Bu görüntülərdə erməni vandalizminin miqyası və azərbaycanlıların doğulduğu torpağına, yurduna bağlılığı, yurd həsrətinin necə ağır olduğu bir daha gözlər önündə canlanır.

Musavat.com

826150d5-069c-4662-b58b-0e52fd2708c2.jpg (645 KB)

8999b405-dee1-444b-8187-45dff7d72e7d.jpg (1.04 MB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR