İnsanlara hürriyət, millətlərə istiqlal!

26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO

1593 16.05.2024 18:20 Dünya A A

Əlcəzairdə ağılasığmaz hadisə yaşanıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşında itkin düşən və öldüyü zənn edilən Omar bin Omran 26 il sonra, evindən cəmi 100 metr aralıda sağ-salamat tapılıb.

Məlumata görə, o, qonşunun zirzəmisindəki samanlıqdan çıxarılıb.

Omranın 26 ildən sonra ilk görüntüləri Əlcəzair mətbuatında geniş əks-səda doğurub.

Mayın 12-də Omarın qardaşı polisə gedərək onun qonşunun zirzəmisində gizlədildiyini bildirib. Bundan sonra evdə axtarış aparan polis 26 ildən sonra Omarı tapıb.

Ev sahibi olan 61 yaşlı şəxs isə həbs edilib.

Qeyd olunub ki, Omarın psixologiyası pozulub. Danışmaq qabiliyyətini isə itirib. Ailəsi bu illər ərzində onun silahlı qruplaşmalar təəfindən qaçırılaraq öldürüldüyünü zənn ediblər.

Respublika Baş Prokurorluğu Omarın həm fiziki, həm də psixoloji müalicə üçün tibb mərkəzinə aparıldığını, adı açıqlanmayan şübhəlinin mühakimə olunacağını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR