İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-də Ukraynada müharibə bitəcək, “Z” ordusu bu əraziləri götürəcək...

1349 05.03.2024 09:33 Siyasət A A

Prezidentliyə namizəd Slutski bu il Rusiyanın qalib gələcəyini və hansı şəhərləri işğal edəcəyini açıqlayıb; Kreml liderinin ideoloqu nüvə bombasının atılmasını qaçılmaz sayır

Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutski Luqanskda Avdeyevka əməliyyatında iştirak edən rusiyalı hərbçilərlə görüşdə deyib ki, Ukraynada döyüşlər bu il Rusiyanın qələbəsi ilə yekunlaşacaq. Partiya lideri əlavə edib ki, əməliyyatların başa çatması üçün Xerson, bütün sağ sahil, Kramatorsk, Slavyansk, Svyatoqorsk və Liman “azad edilməlidir”. 

“Yeni Müsavat” xəbər verir ki, belə bir vaxtda Ukrayna Silahlı Qüvvələri Avdeyevkada bir qrup rus hərbçisini məhv edib. Eyni zamanda Rusiyanın Samara vilayətində dəmiryol körpüsündə partlayış baş verib. Naməlum şəxslər dəmir yolunun Zvezda-Çapayevsk adlanan hissəsində körpünün dayaqlarını partlatmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlar ziyan görməyib. Moskvadan gələn qatarların hərəkəti dayandırılıb. 

Ukrayna lideri Zelenski Xarkov sakinlərini evlərinə qayıtmamağa çağırıb. Prezident deyib ki, Rusiya ordusu irəliləməyə davam etdiyi üçün Ukrayna Silahlı Qüvvələri Xarkovu itirə bilər. “Biz başa düşürük ki, onların ordusunu mümkün qədər geri çəkməliyik. Əks halda, Xarkovu tam müdafiə etmək çox çətin olacaq”. Kəşfiyyat məlumatlarına görə, Rusiya ordusunun Xarkov vilayətinin Kupyansk şəhərində davam edən hücumu fonunda Ukrayna buradakı müəssisələrinin 80 faizini boşaldıb. Rusiya mənbələri iddia edir ki, yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinin Xarkovdan tam geri çəkiləcəyi gözlənilir. "Su-34" qırıcı-bombardmançılarının ekipajı isə Krasnolimansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin texnika və canlı qüvvəsinə FAB-500 hava bombaları ilə hücum edib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Zərbə döyüş təmas xəttindən təhlükəsiz məsafədən dəqiq zərbələr endirməyə imkan verən universal planlaşdırma və korreksiya moduluna malik FAB-500 idarə olunmayan hava bombaları ilə həyata keçirilib”, - deyə məlumatda bildirilir. 

“Üçüncü dünya müharibəsi başlayıb və biz indi bunun ilk mərhələsindəyik. Biz də heç vaxt nüvə müharibəsinə bu qədər yaxın olmamışıq. Rusiyaya hücum dünyanın məhvi deməkdir. NATO indiki siyasətini davam etdirsə, məhv olma günü qaçılmaz olacaq”. Putinin ideoloqu kimi bilinən rusiyalı strateq Aleksandr Duqin öz müsahibəsində bildirib. Duqin əlavə edib ki, bu müharibədə təkcə taktiki nüvə silahları deyil, həm də strateji nüvə silahlarından istifadə olunacaq: "Əgər biz bu müharibədə Ukraynanı məğlub edə bilməsək, bu, birbaşa nüvə müharibəsinin başlaması demək olacaq. Biz bütün Ukrayna üzərində nəzarəti ələ alana qədər dayanmağı planlaşdırmırıq. Bundan sonra heç bir diplomatik həll bizə bu məqsədimizə çatmağımızda mane ola bilməz. Ona görə də bu gün Ukraynanı silahla təmin edənlər bilməlidirlər ki, onlar nüvə müharibəsi riskini artırırlar".

Yeri gəlmişkən, hazırda bu müharibə ilə bağlı iki məsələ müzakirə olunur. Biri alman zabitlərinin səs yazısı olduğu iddia edilən detal, digəri fransız qoşunlarının Ukraynaya yerləşdirilməsi. Birinci ilə bağlı Almaniyanın müdafiə naziri Boris Pistorius danışıb. Nazir səs yazısının dərcini Rusiya prezidenti Vladimir Putinin apardığı informasiya müharibəsinin sübutu adlandırıb. Martın 1-də sözgedən səs yazısı Rusiyanın RT dövlət kanalının baş redaktoru Marqarita Simonyan tərəfindən internetdə yayımlanıb. Alman nazir bildirib ki, söhbətin dərc olunduğu gün qəsdən seçilib. “Heç kim bunun təsadüf olduğuna inanmır. Bu, Aleksey Navalnının dəfnindən və Virecard meneceri Yan Marsalek haqqında media araşdırmasından ictimai diqqəti yayındırmaq məqsədi ilə edilə bilər”. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, söhbətin məzmunu Ukrayna ətrafındakı münaqişədə Qərbin birbaşa iştirakını vurğulayır. “Əgər zabitlərin danışdıqları hər şey dövlət siyasətinin tərkib hissəsidirsə, bu, pisdir. Əgər belə deyilsə, onda sual yaranır ki, Bundesver nə dərəcədə hakimiyyət orqanları tərəfindən idarə olunur”, - deyə Kreml rəsmisi qeyd edib. Peskov Kremlin Almaniya federal kansleri Olaf Şoltsun vəd etdiyi yoxlamanın nəticələrini öyrənməyi gözlədiyini də söyləyib. İkinci mövzuya gəldikdə, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyeri Burxardt NATO-dakı həmkarlarına Ukraynada alyans qoşunlarının yerləşdirilməsi məsələsini nəzərdən keçirmək təklifi göndərib, lakin mənfi cavab alıb. Bu barədə “Politico” nəşri ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalderin məlumatlarına istinadən yazıb. Daalder bu fikrin Fransa prezidenti Emmanuel Makronun həmin ehtimalı açıq şəkildə qeyd etməsindən bir neçə həftə əvvəl səsləndirildiyini açıqlayıb. 

Elxan Şahinoğlu: “Gərək azərbaycanlı nazir orda olardı ki...”

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğluya görə, Makron bunu söyləyərkən də bəlli idi ki, bu blefdir, Fransa prezidenti bu yolla, sadəcə, Rusiyanı bir qədər qorxutmaq istəyib: “Ancaq nəticə bunun əksinə oldu. Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə müharibəsi ilə hədələdi, üstəgəl, Makronun xaricindəki əksər Avropa lideri Ukraynaya hərbçilərini göndərməyəcəklərini bildirdilər. Makronun açıqlamasının Ukraynaya da faydası olmadı, əksinə, Avropada müharibə mövzusunda fikir ixtilafı dərinləşdi. Ukraynaya gərəkli sayda hərbi texnika göndərməyən ölkələr öz hərbçilərini Rusiya ilə savaşa göndərərlərmi?” 

Ramiyə Məmmədova: “Jrinovski, Zatulin kimilərinin Azərbaycanla bağlı  düşündükləri xülyadır” - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə prezidentliyə namizəd Slutskinin proqnozlarının doğrulacağına inanmır: “Bu il müharibənin yekunlaşacağını gözləmirəm. Rusiyanın qələbəsi ilə başa çatacağını da heç düşünmürəm. Əvvəla, Slutskınin açıqladığı əraziləri işğal etmək üçün Rusiyaya zaman lazımdır. Hətta onminlərlə əsgərinin ölümü bahasına Kramatorsk, Xerson şəhərinin özü, bütün Dneprin sağ sahili, eləcə də azad olunmuş Donetskin Liman şəhərini yenidən tutmağa nail olsa da, müharibə qurtaran deyil. Çünki savaşı Rusiya başlaya bilər, bitirə bilməz. Bu qərarı sonda koalisiya verəcək. Biz görürük ki, koalisiyada belə bir istək yoxdur. Onlar "F-16" qırıcılarının verilməsindən danışırlar, Avropa Birliyi təsdiqlədiyi 51 milyard avronu 2027-dək davamlı ödəniş edəcək, 60 min ukraynalı zabit Britaniyada təlim keçib... Yəni Ukrayna böhranı uzun illər davam edə bilər”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR