İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-cü ildə 2 milyon insan işsiz qalacaq - BƏT-in bəd proqnozu

541 10.01.2024 20:48 Dünya A A

G20 ölkələrinin böyük əksəriyyətində 2023-cü ildə real əmək haqqının aşağı düşməsi müşahidə olunub.

Musavat.com xəbər verir ki, bu barədə G20 ölkələrində real gəlirlər və 2024-cü ildə əmək bazarı perspektivləri Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Dünya Məşğulluq və Sosial Perspektivlər: 2024-cü il üçün tendensiyalar” adlı hesabatında bildirilib.

Qeyd edilir ki, yalnız Çin, Rusiya Federasiyası və Meksikada 2023-cü ildə müsbət real əmək haqqı artımı müşahidə olunub. Digər G20 ölkələri, xüsusilə Braziliya (6,9%), İtaliya (5%) və İndoneziyada (3,5%) azalma yaşanıb.  

BƏT-in hesabatında o da deyilir ki, G20 ölkələrinin əksəriyyətində inflyasiyanın səbəb olduğu həyat səviyyəsinin aşağı düşməsi məsələsi yaxın gələcəkdə kompensasiya edilməyəcək. 2023-cü ildə qlobal işsizlik səviyyəsi 5,1% təşkil edib, bu rəqəm “pandemiyadan əvvəlki” dövrdən aşağıdır, lakin əmək bazarı perspektivləri və qlobal işsizlik daha da pisləşəcək. 2024-cü ildə əlavə olaraq 2 milyon insanın iş axtaracağı gözlənilir ki, bu da qlobal işsizlik səviyyəsini 0,1% artırır.

Həddindən artıq yoxsulluq şəraitində yaşayan (gündə adambaşına 2,15 dollardan az qazanan) işçilərin sayı son bir ildə təxminən 1 milyon nəfər artıb. BƏT, həmçinin əmək bazarındakı disbalansları və məhsuldarlığın yavaş artımını qeyd edib.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR