İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ildə 94 jurnalist öldürülüb

325 08.12.2023 16:01 Dünya A A

2023-cü ildə dünyada 94 jurnalist öldürülüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) hesabatında deyilir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə zərərçəkənlərin sayı 67% artıb. Bu, əsasən İsrailin ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan HƏMAS qruplaşmasına qarşı müharibəsi ilə bağlıdır. 68 jurnalist münaqişəni işıqlandırarkən həlak olub. IFJ-nin məlumatına görə, bu savaş 1990-cı ildən bəri jurnalistlər üçün ən ölümcül münaqişə ocağına çevrilib. Ukrayna ərazilərində isə Ukrayna, Rusiya və Fransadan olan 3 jurnalist həlak olub.

Bundan əlavə, bir çox ölkələrdə: Rusiya, Belarus, Çin, İran və digər ölkələrdə media nümayəndələrinə qarşı repressiyaların sayı 393-ə çatıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR