İnsanlara hürriyət, millətlərə istiqlal!

2 uşaq anası iş başından vurularaq öldürüldü - VİDEO

2327 23.10.2022 08:00 Kriminal A A

İzmirdə qohumları tərəfindən axtarılan iki uşaq anası qadın iş yerində başından güllələnmiş halda ölü tapılıb.

Musavat.com xəbər verir ki, qadının 6 ay əvvəl ərə getdiyi, son 1 aydır boşanmağa çalışdığı və ərinə qarşı 4 dəfə cinayət işi qaldıraraq özündən uzaqlaşdırılması barədə qərar çıxardığı öyrənilib.

Onun qətldə şübhəli bilinən əri hər yerdə axtarılır.

Ayaqqabı tikmə emalatxanasında baş verən hadisədə bir müddətdir Hülya Şellavcı Yeğindən xəbər ala bilməyən yaxınları onu axtarmağa başlayıb. Hülya Şellavcının yaxınları ona məxsus emalatxananı yoxlamağa gediblər. Gecə saatlarında emalatxanaya baxış keçirən qohumları Hülya Şellavcı Yeğini qanlar içində tapıblar.

Xəbərdarlıq üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib, edilən müayinədə qadının başından vurularaq öldürüldüyü müəyyən edilib. Hülya Şellavcı Yeğinin cəsədi hadisə yerində müayinə olunduqdan sonra yarılma üçün İzmir Ədliyyə Tibb Qurumuna aparılıb.

Faktla bağlı istintaq hələ də davam edir.

Musavat.com

2 çocuk annesi kadın iş yerinde başından vurulmuş halde bulundu! Tüm oklar bir kişiyi gösteriyor

2 çocuk annesi kadın iş yerinde başından vurulmuş halde bulundu! Tüm oklar bir kişiyi gösteriyor

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR