İnsanlara hürriyət, millətlərə istiqlal!

2 qatar toqquşdu: ölənlər var - VİDEO

845 05.01.2024 09:47 Dünya A A

İndoneziyanın Yava adasının Çikalenqka - Haurpuqur hissəsində səhər saatlarında iki sərnişin qatarı toqquşub.

Yerli vaxtla saat 06:03-də (Bakı vaxtı ilə 03:03) baş verən qəza nəticəsində dəmiryolunun 3 əməkdaşı həlak olub.

Qeyd olunub ki, bir neçə vaqon relsdən çıxıb və sərnişinlər əşyalarını dağıntılar altından çıxarmağa çalışıblar. Yolu təmizləmək üçün hadisə yerinə ağır texnika cəlb olunub, polis əməkdaşları sərnişinləri qəza yerindən təxliyə ediblər.

Vurğulanıb ki, reyslər alternativ marşrutla dəyişdiriləcək və səyahət vaxtı iki-üç saat artacaq. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR