İnsanlara hürriyət, millətlərə istiqlal!

19 yaşlı gənci belə güllələdilər - ANBAAN VİDEO

1204 17.09.2022 15:20 Hadisə A A

Adanada silahlı hücum nəticəsində həyatını itirən 19 yaşlı Hakan Dənizlinin ölüm anının görüntüləri ortaya çıxıb.

Musavat.com xəbər verir ki, görüntülərdə Dənizlinin ayaqqabılarını ataraq qatili özündən uzaqlaşdırmağa çalışdığı görülüb.

Dünən saat 13:00 radələrində Adananın Seyhan rayonunun Sucuzadə məhəlləsində baş verən hadisədə Hakan Dənizli motosikletinə minərkən ona yaxınlaşan naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

Silahdan çıxan güllə Dənizlinin sinəsinə dəyib. Dənizli qanlar içində yerə yıxılıb, qatil isə hadisə yerindən qaçıb. Ətrafdakılar Dənizlinin paltarını çıxarıb, yarasına tampon qoyublar. Hadisə yerinə gələn təcili yardımın ilk müdaxiləsindən sonra Dənizli yaxınlıqdakı xəstəxanaya aparılıb. Əməliyyata alınan Hakan Dənizlini həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR