İnsanlara hürriyət, millətlərə istiqlal!

16 yaşlı qız faciəvi şəkildə öldü - Səbəb dəhşətə gətirir

1470 19.12.2023 15:11 Hadisə A A

16 yaşlı qız atdığı dərman səbəbindən ölüb.

Milli.Az xarici məbuata istinadla bildirir ki, İngiltərədə yaşayan Leyla Xan adlı kollec tələbəsi hamilə qalmamaq üçün nəzərdə tutulan dərman qəbul etdikdən 10 gün sonra qan laxtalanması səbəbindən dünyasını dəyişib.

Valideynlərinin dediyinə görə qız bu dərmanları özəl günlərindəki ağrılarını azaltmaq məqsədi ilə qəbul edib.

Hamamda olarkən anidən huşunu itirən qız xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qız öldükdən sonra orqanları bağışlanıb

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR