İnsanlara hürriyət, millətlərə istiqlal!

150 milyon bonus, illik 15 milyon maaş - Bir transferin dəyəri

967 05.06.2024 01:09 İdman A A

Fransalı futbolçu Kilian Mbappe "Real Madrid"dən 150 milyon avroluq transfer bonusu alacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" yazıb.

"Real Madrid" Mbappeyə 5 illik müqaviləsi ərzində bonus ödəyəcək. "Kral Klubu"nun Mbappe ilə müqaviləsi 2029-cu ilə qədərdir. Mbappenin illik maaşının isə 15 milyon avro olacağı deyilir.

Mayın 10-da Mbappe 2023/24 mövsümü başa çatdıqdan sonra PSJ-dən ayrılacağını rəsmən açıqlayıb. Müqaviləsi 2024-cü il iyunun 30-da başa çatdığı üçün forvard azad agent kimi Fransa klubunu tərk edib və dünən "Real Madrid"lə müqavilə imzalayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR