İnsanlara hürriyət, millətlərə istiqlal!

1326 Fetih Muzeyində heyrətamiz dünya - Özəl fotolar, videolar

2296 04.11.2022 12:07 Reportaj A A

Türkiyənin Bursa şəhərində keçirilən 2-ci "Qorqud Ata" Türk Dünyası Film Festivalında iştirak etmək üçün qardaş ölkəyə səfər edən media mənsublarının növbəti dayanacağı Osmanlı imperiyasının ilk paytaxtındakı 1326 Panorama Fetih Muzeyi oldu. Bursanın azadlığı şərəfinə belə adlandırılıb bu sənət dünyası…

İstanbuldakı 1453 Fetih Muzeyinin bənzəri olan bu möhtəşəm ünvan türkün əzəmətinin, möhtəşəm tarixinin təcəssümüdür.

3 min kvadratmetrlik şar formasında olan muzeydəki rəsm əsərlərini bir neçə rəssam ərsəyə gətirib. Türkiyə, Rusiya rəssamları ilə yanaşı, azərbaycanlı rəssam Yaşar Zeynalov da var, qürurvericidir! Sultan Orhan Qazi və qəhrəman döyüşçüləri Bizans imperiyasını diz çökdürüb və bu, kadrlarda öz əksini tapıb. Muzey əsərində 10 min insan, heyvan fotoları əks olunub.

Qalalar, dağlar, əhali, bulaqlar, hətta quşlar da canlı təsir bağışlayır. Minlərlə ziyarətçinin üz tutduğu bu  möhtəşəm ünvana giriş cümə axşamı ödənişsizdir.

Əməkdaşımızın çəkdiyi fotoları və videokadrları təqdim edirik:

Elşad Paşasoy,
Musavat.com
Bursa

  

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR