İnsanlara hürriyət, millətlərə istiqlal!

112 şokoladı yediyi üçün işdən qovulan şəxslə bağlı YENİ XƏBƏR

1535 28.04.2023 15:36 Hadisə A A

112 şokoladı yediyinə görə işdən qovulan işçinin məhkəməsindən yeni xəbər var.

Musavat.com xəbər verir ki, Ali Məhkəməyə qədər gedən iş üzrə yekun qərar qəbul edilib.

Qeyd edək ki, şirkətlərdən birində geri qayıdan məhsullar üzrə anbardar vəzifəsində çalışan şəxs cavabdehliyində olan 112 ədəd məşhur firmanın fındıqlı şokolad və konfetini yeyib. Şokoladların sayı düz gəlmədikdə isə şirkət anbardarı işdən azad edib.

Bununla razılaşmayan anbardar məhkəməyə üz tutub və yekunda qalib gəlib. Məhkəmə sənədləri araşdıraraq belə qənaətə gəlib ki, yeyilən şokoladlar şirkət üçün hər hansı maddi zərərə səbəb olmayıb. Həmçinin şirkət anbardarın işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqısını ödəməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR