İnsanlara hürriyət, millətlərə istiqlal!

1 həftədə 14 milyon dollar qazandı: pərdəarxasında olanlar -VİDEO

2411 05.02.2024 16:37 Dünya A A

Çində gənc qadın 1 həftədə 14 milyon dollar qazanıb.

Ölkə.Az xəbər verir ki, o buna tiktok vasitəsilə nail olub. Belə ki, bağça müəllimi olan Zenq Şianqın tiktokda 500 milyon izləyicisi var.

İşin maraqlı tərəfi budur ki, o satdığı məhsulları maksimum 2 saniyə nümayiş etdirir.

Xarici KİV-in yazdığına görə, Şianq bu işə köhnə əşyalarını satmaqla başlayıb. Çinli qadın günlərin birində tiktokda canlı yayım vasitəsilə köhnə əşyalarını satmağa qərar verib. O elə ilk cəhdində əlindəki bütün məhsulları 10 dəqiqə ərzində sataraq 500 dollar qazanıb.

Şianq bu işdə uğur qazandığını gördükdə bunu işə çevirib və özü üçün bir sistem qurub. 

Hazırda Çində bu ölkənin prezidentin daha populyar olan qadına qarşı tiktok qadına bir sıra məhdudiyyətlər tətbiq edib.

Belə ki, əvvəlcə platforma onun canlı yayımlarını dayandırıb, daha sonra isə heç bir əsas gətirmədən səhifəsini bloklayıb.

Onun nəinki məhsulları satdığı, hətta bu işin pərdəarxasını göstərən videosu da milyonlarla baxış toplayıb.

Hazırda dünyanın bir çox məşhur brendləri Zenq Şianqın onların məhsullarını da reklam etməsi üçün sıraya düzülüblər.

Ekranda hansı məhsul olmasından asılı olmayaraq 2-3 saniyə ərzində satan Şianqın 10 saniyəlik reklam videosu üçün tələb etdiyi məbləğ 100 min dollardır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR