İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uşaq Avroviziya-2025”in qalibi bəlli oldu - Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...

2034 13.12.2025 22:37 Son xəbər A A

Tiflisdə keçirilən “Uşaq Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi Fransa olub.

Musavat.com xəbər verir ki, müsabiqədə 18 ölkə iştirak edib.

Ev sahibi Gürcüstanı təmsil edən 10 yaşlı Anita Abgaryan “Shine Like a Star” mahnısı ilə 3-cü yeri tutub.

Səsvermənin nəticələri:

Fransa – 248 bal (1-ci yer)

Ukrayna – 177 bal (2-ci yer)

Gürcüstan – 176 bal (3-cü yer)

Məlumata görə, Azərbaycan yarışda Ermənistana 3 xal verib. Ermənistan isə Azərbaycana heç bir bal verməyib. Azərbaycan 12 balını İtaliyaya, 10 balını Albaniyaya, 8 balını isə Gürcüstana verib.

Qeyd edək ki, Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva təmsil edib. O, “Miau Miau” mahnısını ifa edib və 15-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, bir müddət öncə Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində münsif qismində çıxış edən Azərbaycan müğənnisi Samirə Əfəndinin Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 bal verməsi də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR