İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Biz 3-cü Dünya müharibəsinə həmişəkindən daha yaxınıq

513 27.07.2024 03:37 Dünya A A

ABŞ-ın sabiq prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

APA xəbər verir ki, ABŞ-ın Florida ştatının Palm-Biç şəhərində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşən Donald Tramp görüşdən sonra mətbuata açıqlama verib.

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Tramp ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrisin Qəzzada yaşanan humanitar böhranla bağlı açıqlamalarına da münasibət bildirərək "Məncə onun sözləri hörmətsizlik idi. İsrailə qarşı heç də xoş deyildi. Yəhudi olan birinin ona necə səs verəcəyini bilmirəm. Təbii ki, bu onların öz işidir. Amma mənim fikrimcə bu, İsrailə tamamilə hörmətsizlik idi." deyib.

Yaxın Şərqdəki vəziyyətə toxunan Tramp, bunları deyib:

"Qalib gəlsək hər şey çox sadə olacaq. Hər şey çox tez düzələcək. Əgər qalib gələ bilməsək, Yaxın Şərqdə böyük müharibələrlə və bəlkə də üçüncü dünya müharibəsi ilə üzləşəcəyik".

Daha sonra Tramp ABŞ-ın hazırkı rəhbərliyini də tənqid atəşinə tutaraq “Biz hazırda İkinci Dünya müharibəsindən bu yana 3-cü Dünya müharibəsinə heç olmadığı qədər yaxınıq. Çünki ölkəmizi bacarıqsız insanlar idarə edir" deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR