İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflis etirazlarında “zəhərli qaz” iddialarına nöqtə qoyuldu: Xüsusi xidmət həqiqəti açıqladı

769 06.12.2025 17:30 Son xəbər A A

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (SGB) Tiflisdə etirazların dağıdılması zamanı istifadə olunan kimyəvi maddələrlə bağlı araşdırmanı yekunlaşdırıb.

Musavat.com xəbər verir ki, qurumun açıqlamasına görə, polis uzun illərdir kütləvi aksiyaların dağıdılması üçün beynəlxalq təcrübədə geniş tətbiq edilən CS qazı və propilenqlikoldan istifadə edir.

Bu maddələr rəsmi olaraq qadağan olunmuş kimyəvi vasitələr siyahısında yer almır.

SGB BBC-nin etirazçılara qarşı guya I Dünya müharibəsində istifadə edilən “kamit” adlı zəhərli maddənin tətbiqi barədə iddiasını tamamilə əsassız hesab edib. Qurum bildirir ki, araşdırma zamanı 25 kimyəvi nümunə ekspertizadan keçirilib, 93 nəfər dindirilib və BBC-nin hazırladığı material “Gürcüstana qarşı məqsədli kampaniya” kimi qiymətləndirilib.

Bununla yanaşı, polis əməkdaşlarının səlahiyyəti aşması ilə bağlı başlanılmış istintaqın bağlandığı açıqlanıb. Qeyd olunur ki, xarici təşkilatın mümkün “düşmən fəaliyyətinə yardım” xətti üzrə araşdırma isə hələ də davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR