İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakim Trampı həbslə hədələdi

510 01.05.2024 00:12 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Trampa həbsxanaya düşə biləcəyi barədə xəbərdarlıq edilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Newsweek yayıb.

Trampa qarşı maliyyə fırıldaqçılığı üzrə işə baxan hakim Trampı özünə nqarşı hörmətsizliyə görə cəzalandırıb. O, keçmiş prezidentə xəbərdarlıq edib ki, o, gələcək qanun pozuntularına görə həbs oluna bilər.

Hakim Juan Merchan Trampı Truth Social platformasında yerləşdirdiyi 9 mesaja görə 9000 dollar cərimələyib.

Mediada yayılan xəbərlərə görə, Merchan verdiyi yazılı əmrdə keçmiş prezidentin növbəti sui-istifadəsinə dözməyəcəyini bildirib və əlavə edib ki, “zəruri və uyğun olarsa” Trampa qarşı “həbs cəzası” tətbiq edəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR