İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Rəisi ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

50983 19.05.2024 17:32 Son xəbər A A

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.

Musavat.com bildirir ki, “Fars” xəbər agentliyi Rəisini daşıyan helikopterin qatı duman səbəbindən məcburi eniş etdiyini və Rəisinin quru yolu ilə Təbrizə getdiyini açıqlayıb.

Dövlət televiziyası həmçinin qəza yerinə ilk tibbi yardım qruplarının göndərildiyini bildirib.

İRNA-nın məlumatına görə, hadisədən təxminən bir saat sonra xilasetmə qrupları əraziyə gəlib və axtarışlara başlanılıb. Qeyd olunub ki, əraziyə 16 xilasetmə qrupu göndərilib, lakin ərazinin keçilməzliyi və əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatı vaxt aparacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR