İnsanlara hürriyət, millətlərə istiqlal!

Giriş vizalarının qiyməti Misirdə kəskin şəkildə artırıldı – 45 dollar

684 03.12.2025 15:18 Son xəbər A A

Misirdə giriş vizalarının qiyməti ciddi şəkildə bahalaşıb.

Musavat.com bildirir ki, yeni tariflər artıq bazar ertəsindən qüvvəyə minib.

Rəsmi məlumatda qeyd olunur ki, əvvəlki 25 dollarlıq standart viza rüsumuna əlavə olaraq konsulluq haqqı – Misirin Xarici İşlər Nazirliyinin xidmətlərinə görə ödəniş – tətbiq edilib. Bununla da yekun məbləğ 45 dollar təşkil edir.

Açıqlamaya görə, toplanan əlavə vəsait Misirin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin modernizasiyası üçün istifadə olunacaq.

Turizm sənayesinin bir sıra nümayəndələri hökumətə müraciət edərək viza qiymətlərinin qaldırılmaması üçün çağırış etmişdilər. Onların fikrincə, yeni bahalaşma ölkəyə turist axınını əhəmiyyətli dərəcədə azalda bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR