Rusiya hakimiyyətinin Ukraynaya qarşı müharibədə Yeni il atəşkəsi elan etmək planı yoxdur.
“AzPolitika” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya mediasına açıqlamasında deyib: "Bu barədə hələlik heç bir müzakirə aparılmayıb. İndi tamamilə fərqli bir proses gedir".
Görünür, Peskov “fərqli proses” deyrkən, dünən gecə Moskvada başa çatan ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşnerlə Putinin nəticəsiz danışıqlarını nəzərdə tutub. Göründüyü kimi, Kreml nəinki ümumilikdə, hətta bayramla əlaqədar bir neçə günlük atəşkəsə belə razılıq vermək fikrində deyil.
Eyni zamanda hazırda Rusiyada bəzi hava limanları bağlanıb, döyüşdə isə ən aqressiv mərhələ başlanıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız ATLAS
Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.






