İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada NATO Zirvəsi: 22 ildən sonra

693 07.07.2026 12:53 Siyasət A A

Türkiyənin paytaxtı Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə NATO-nun 36-cı Liderlər Zirvəsi işə başlayıb.

Musavat.com xəbər verir ki, iki gün davam edəcək toplantıda ABŞ prezidenti Donald Tramp da daxil olmaqla, 31 müttəfiq ölkənin lideri iştirak edir.

Zirvədə müdafiə xərclərinin artırılması, NATO Qüvvə Modelinin tətbiqi, müdafiə sənayesinin gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və Avropa təhlükəsizliyi ilə bağlı mühüm qərarların müzakirəsi planlaşdırılır.

NATO baş katibi Mark Rütte üzv ölkələrin 2035-ci ilədək ÜDM-in 5 faizini müdafiəyə ayırmaq öhdəliyinin icrası üçün konkret planlar təqdim etməli olduqlarını bildirib.

Donald Trampın Ərdoğanla görüşündə Türkiyənin yenidən F-35 qırıcı proqramına qaytarılmasına hazır olduğunu bəyan edəcəyi gözlənilir. Bildirilir ki, Vaşinqton bu istiqamətdə hüquqi maneələrin aradan qaldırılması yollarını müzakirə edir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada qəbul ediləcək qərarların gələcək Avroatlantik təhlükəsizlik mühitini formalaşdıracağını bildirib. Milli müdafiə naziri Yaşar Gülər isə vurğulayıb ki, Türkiyənin NATO çərçivəsində kənarda saxlanılması Avropanın təhlükəsizliyini gücləndirməyəcək.

Qeyd edək ki, Ankara 22 ildən sonra yenidən NATO liderlərinə ev sahibliyi edir. Türkiyə tərəfi bu zirvəni alyansın yeni təhlükəsizlik konsepsiyasına keçidini simvolizə edən "NATO 3.0" mərhələsinin başlanğıcı kimi qiymətləndirir.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR