Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyalarını ləğv etməyə hazırlaşdığını eşitdiyi an kameralara əks olunub.
Musavat.com xəbər verir ki, ABŞ 2020-ci ilin dekabrında Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasından sonra rəsmi Ankaraya qarşı sanksiyalar tətbiq etmişdi.
Həmin sanksiyalar Türkiyənin Müdafiə Sənayesi Katibliyini də əhatə edirdi və bütün Amerika ixrac lisenziyalarına qadağa qoyulmasını nəzərdə tuturdu.
Musavat.com






