İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...

Güman ki, cəmiyyətin ən müxtəlif seqmentlərinin respublika prezidentinin müxtəlif əhali kateqoryiyalarının pensiyalarının və maaşların artırılması ilə bağlı qərarlarını hansı şöqvqlə qarşılamasını yada salamağa ehtiyac yoxdur.

Amma min təəssüf ki, həmişə olduğu kimi bu dəfə də eyforiya elə də uzun çəkmədi – insanlar vəd olunmuş artımları almağa macal tapmamış bazar və dükanlarda qiymətlər kəllə - çarxa vurdu.

Ən maraqlı məqam budur ki, belə hal birinci dəfə baş vermir, hər dəfə şanlı məmurlarımız və ya nazirlərimiz vəd edirlər ki, qiymət artımı daha olmayacaq, amma təcrübədə bunun əksi olur, qiymətlərin artımı həmişə maaş və pensiyların real artımını qabaqlayır.

Bu dəfə də yazmışdıq ki, əlavə pul kütləsi zəruri tədbirlər görülməsə inhisarçıların cibinə “axacaq” və növbəti sosial inyeksiyanın da nəticəsi yeni sosial qərarların, artımların şamil olunmadığı insanların daha da lümpenləşməsinə, onların sosial durumunun ağırlaşmasına səbəb olacaq.

Hətta bu qərarların şamil olunduğu insanlar üçün belə proses sıfır iqtisadi uduşla başa çatacaq, çünki bütün əlavə pul kütləsi qiymətlərin artımını kompensasiya etməyə yönələcək. Beləliklə, əhalinin az təminatlı hissəsi öz statusunu dəyişə bilməyəcək və yenə də az təminatlı kateqoriya kimi qalmaqda davam edəcək.

Bir daha deyirik ki, hökumətin növbəti sosial paketinin də real nəticələrini çox gözləmək lazım gəlmədi – hər şey əvvəlki vaxtlarda olduğu kimi təkrarlanır; qiymətlər artır, fermerlərsə buna baxmayaraq israr edirlər ki, onlar meyvə və tərəvəzlə bağlı nə etmək lazım gəldiyini bilmirlər, onları faktiki olaraq “su qiyməti”nə satmaq məcburiyyətindədirlər və s. və i.
Açığı biz artıq şanlı fermerlərimizin də bəyantalarına, giley-güzarlarına şübhə ilə yanaşmağa başlamışıq.

Birincisi, onlar düşünülmüş şəkildə gəlirlərini dövlətin müvafiq orqanlarından gizlətməyə çalışmırlarmı? Axı hər il hər şey olduğu kimi təkrarlana bilməz! Hətta sovetlərin vaxtında belə insanlar min cür yollar tapıb Rusiyaya meyvə və tərəvəz aparırdılar. Doğrudanmı bizim şanlı fermerlərimiz on illərdir ki, sadəcə bir problemin – məhsullarını Bakıya daşımağın yolunu –irizini tapa bilmirlər?

Aydın məsələdir ki, burada üçüncü bir hal ola bilməz: ya şanlı fermerlərimiz açıq yalan danışır və gəlirlərini gizlədirlər, ya da ölkədə inhisarçılıq o qədər dərin kök salıb ki, hətta hökumət özünü elə aparır ki, guya onların fokuslarını görmür!
İşin tərsliyindən iqtisadiyyat və sosial siyasət üzrə “ekspert”lər də yeni bir şey təklif edə bilmirlər, hər dəfə yalnız bir şey bilirlər: yarmarkaların şəbəkəsini genişləndirmək lazımdır.

Əlbəttə ki, biz iqtisadçı və yaxud da ki, sosial siyasət üzrə ekspert deyilik, amma hamımız istehlakçı və alıcıyıq, o cümlədən də kənd təsərrüfatı məhsullarının alıcılarıyıq: hamı təsdiq edər ki, yarmarkalarda da qiymətlər bazarlardakından elə də fərqlənmir, belə təəssürat yaranır ki, sanki kimsə, hansısa “komitə” yuxarıdan qiymətləri tənzimləyir!..

Odur ki, nəticə birdir: bir daha qeyd edirik ki, ya fermerlərimiz yalan danışır və gəlirlərini gizlətməyə çalışırlar, ya da ki, ölkədə çox dəhşətli bir monopoliya bərqərar olub.

Daha bir məqam var ki, əslində o, ticarətin bütün sferalarına aiddir. Bütün dünyada ticarətin iki üsulu vardır: az, amma baha satmaq, ya da ucuz, amma çox satmaq.

İkinci üsulu şərti olaraq Avropa və yaxud da protestant üsulu adlandırardıq. Məsələn, vaxtilə Henri Ford bir mühəndis və işgüzar adam kimi fərqli yol da tuta bilərdi: bahalı maşınlar istehsal edər və onları imkanlı adamlara satardı – necə deyər, az, amma baha satardı. Amma Ford başqa yol tutdu, avtomobilləri konveyer üsulu ilə istehsal etməyə başladı ki, daha çox insanın avtomobil almaq imkanı olsun.

Qeyd edək ki, burada iki fərqli biznes psixologiyasından söhbət gedir. Qərbdə bütün məhsullara ilk növbədə kütləvi xarakter verməyə çalışırlar ki, alıcılar çox olsun, yəni onları almağa hamının imkanı olsun.

Şərqdəsə hər şey tərsinədir, burada cəmiyyətin sosial polyarizasiyası kimsədə təlaş yaratmır, heç kimi qayğılandırmır, çünki kəskin şəkildə varlılara və kasıblara bölünmək adi haldır, hətta guya “Allahın qisməti”dir və bir daha deyirik ki, heç kim belə neqativ fenomenə son qoymağın yollarını aramır.

Biz şərqlilərin bir əsas biznes prinsipi var: pulların qoxusu olmur, onların haradan və necə qazanılmasıının fərqi yoxdur, əsas odur, pulun olsun. Halbuki mərhəmətdən, xeyirxahlıqdan və ya hallallıqdan ən çox danışan da bizik.

Amma siz Qurban və yaxud da Orucluq bayramı zamanı dükan və bazarlardakı qiymətlərə baxın! Daha yaxşısı həmin günlər evdə oturmaq, dükan-bazara getməməkdir. Amma deyirlər ki, guya başqa bir yol da var; qida qəbulunu məhdudlaşdırmaq və yaxud da böyük filosof müsyö J.J.Russonun çağırışına səs verib yenidən təbiətə qayıtmaq...

 

YAZARIN DİGƏR YAZILARI

07 Mart 2022

05 Mart 2022

01 Mart 2022

26 Fevral 2022

22 Fevral 2022

19 Fevral 2022

15 Fevral 2022

12 Fevral 2022

08 Fevral 2022

05 Fevral 2022

01 Fevral 2022

29 Yanvar 2022

25 Yanvar 2022

22 Yanvar 2022

18 Yanvar 2022

15 Yanvar 2022

11 Yanvar 2022

08 Yanvar 2022

03 Yanvar 2022

01 Yanvar 2022

28 Dekabr 2021

25 Dekabr 2021

21 Dekabr 2021

18 Dekabr 2021

14 Dekabr 2021

11 Dekabr 2021

07 Dekabr 2021

04 Dekabr 2021

30 Noyabr 2021

27 Noyabr 2021