İnsanlara hürriyət, millətlərə istiqlal!

Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO

843 25.04.2024 08:00 Son xəbər A A

“Planetin müxtəlif yerlərində terror aktlarının təşkilində təkcə radikal qruplar deyil, bir sıra dövlətlərin kəşfiyyat xidmətləri də məsuliyyət daşıyırlar”.

Bunu Rusiya Prezidenti Vladimir Putin beynəlxalq təhlükəsizlik toplantısının iştirakçılarına videomüraciətində deyib.

Rusiya lideri terrorizmin 21-ci əsrin ən mühüm təhlükələrindən biri olaraq qaldığını vurğulayıb.

“Dünyanın müxtəlif regionlarında həyata keçirilən və arxasında təkcə radikal qruplaşmaların deyil, bəzi ölkələrin kəşfiyyat xidmətlərinin də dayandığı terror aktlarının məqsədi konstitusiya suveren dövlətlərin əsaslarını sarsıtmaq və sabitliyi pozmaq, millətlərarası və dinlərarası düşmənçiliyi qızışdırmaqdır”, - Putin bildirib.

Dövlət başçısının sözlərinə görə, hücum edənlər cinayət üsullarını təkmilləşdirməkdə davam edir və onlar daha da təkmilləşirlər.

O, əlavə edib ki, bunun əyani təsdiqi Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall”da törədilmiş terror aktıdır.//oxu az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR