İnsanlara hürriyət, millətlərə istiqlal!

"Meyxanaçılar Namiq Qaraçuxurlunun arxasınca söydü"

5723 04.05.2024 19:50 Şou-biznes A A

"Heydər Əliyev Sarayında konsert verirdik. O vaxt Namiq "Rəvayət" deyirdi. Mən də səhnədə onu parodiya etdim. Elan edildi ki, Namiq Qaraçuxurlu gəlir, səhnəyə mən çıxdım. Sonra Namiq gəldi. Ondan sonra nə qədər zarafat etdik, tamaşaçı gülmədi".

Bu sözləri aktyor Elməddin Cəfərov "Zaurla Günaydın" proqramında deyib.

Sənətçi meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı başına gələnlərdən danışıb:

"Bir dəfə bir şəhərdə meyxanaçıların konserti idi. Bütün meyxanaçılar oradadır, Namiq gəlməlidir. Bəziləri meyxana dedi, sonra Namiq çıxdı səhnəyə. Yarım saat meyxana dedi və getdi Bakıya. Bütün tamaşaçı çıxdı getdi. Bütün meyxanaçılar Namiqin arxasınca söyürdü: bu niyə gəldi. Tamaşaçı getdi ki, daha meyxana dinlədik. Böyük ustadlar var idi, yazıqlar əziyyət çəkmişdilər". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR