İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Naxçıvanın Baş naziri vəzifəsindən AZAD EDİLDİ YENİLƏNİB

3983 25.04.2024 11:56 Son xəbər A A

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov vəzifəsindən azad olunub.

Musavat.com xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib.

Məlumata görə, Azərbaycan Prezidentinin təqdimatı və Ali Məclisin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov olub.

11:22***

Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təcili iclası keçirilir. İclasın gündəliyi son ana qədər gizli saxlanılıb.

Musavat.com-a daxil olan məlumata görə, iclasda Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədovun vəzifədən uzaqlaşdırılması səsə qoyulacaq.

Səbuhi Məmmədov 2020-ci ilin mayında o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Vasif Talıbov tərəfindən baş nazir təyin olunub. Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb. O, Vasif Talıbovun əsas kadrlarından hesab olunur. Vasif Talıbov vəzifəsindən uzaqlaşdırılandan sonra da Səbuhi Məmmədovla əlaqələri qalıb.

TNS-in ötən gün yaydığı xəbərdə deyilir ki, iclasın gündəliyi açıqlanmayıb. Ona görə də deputatlar hansı məsələnin müzakirə olunacağını bilmir. Ötən il Ali Məclis rəhbərliyinin dəyişdirilməsindən sonra keçiriləcək iclasların gündəliyi bir gün əvvəl açıqlanırdı. Gündəliyin açıqlanmaması deputatlarda ciddi suallar yaradıb. Ali Məclisin təcili iclasının çağırılması zərurəti yaranıbsa, deməli, vacib bir məsələ müzakirə olunacaq. Qeyd edək ki, aprelin 21-də deputatlara iclasın keçiriləcəyi ilə bağlı məlumat verilmişdi. Ancaq aprelin 22-də iclas təxirə salınmışdı.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR