İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türk Dünyasının Böyük Oğlu" kitabının təqdimatı oldu     FOTO

882 04.05.2024 13:21 Mədəniyyət A A

Azərbaycan mətbuatında “Ənvər Yusifoğlu” və “Ənvər Börüsoy” imzası ilə 33 il araşdırmaçı jurnalist kimi fəaliyyət göstərmiş Ənvər Börüsoyun yazılarından ibarət kitabının təqdimat mərasimi olub. Tədbir Klassik Xalq Cəbhəsi Partiyasının qərgahında keçirilib. 

Bu barədə  Musavat.com-a Avopada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, “Xudafərin” jurnalının baş redaktoru Elman Mustafazadə məlumat verib.

O bildirib ki, onlarca yazarların, güneyli, quzeyli bir çox elm adamlarının kitablarına redaktorluq etmiş, nəşrinə nail olmuş Ənvər Börüsoyun öz kitabı çap edilməyib: "Türk Dünyasının Böyük Oğlu" adlı ilk dəfə nəşr edilən kitaba Ənvər Börüsoyun bir neçə məqaləsi daxildir. "Nərmin Yayın Evi" tərəfindən yüksək keyfiyyətlə çap olunan kitab 380 səhifədir. Bundan sonra biz onun bütün məqalələrini əhatə edən çoxcildli kitablarının nəşrinə başlayacağıq. Ənvər Börüsoy məqalələrini neçə il bundan əvvəl yazsa da, hər zaman aktualdır. O, öz yazılarında mədəniyyətimizdən, kənardan Azərbaycana qarşı olan təhlükələrdən bəhs edib. Yeri gəlmişkən, Azərbaycan xalqının böyük rəğbət bəslədiyi ictimai-siyasi xadim, daim dövlətçiliyimizin yanında olan Ağa Mir-Mahmud Bəy Mir-Əlioğlu tədbirimizi yuksək səviyyədə keçirilməsinə hər bir şərait yaratdığı üçün bir daha təşəkkürümüzü bildiririk”. .

Qeyd edək ki, tədbirdə yerli ziyalılarla yanaşı, Avropada Azərbaycan dövlətçiliyi uğrunda daim fəaliyyət göstərən ziyalılar da iştirak ediblər. Təqdimat mərasimində  qərara alınıb ki, Ənvər Börüsoyun publisistik yazıları daima aktual olduğu üçün, onun bütün yaradıcılığı katab halında nəşr edilsin.  

Qeyd edək ki, Ə.Bürüsoy 2021-ci ilin 28 yanvar tarixində 61 yaşında vəfat edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR