İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukrayna üçün sülh planı hazırlayıb - seçkiyə qədər açıqlamayacaq

504 04.05.2024 11:21 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəni sülh yolu ilə dayandırmaq üçün müfəssəl plan hazırlayıb, lakin seçkilərə qədər bunu elan etməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə cümə günü “The Daily Telegraph” qəzeti Ağ Evə qayıtmağa cəhd etmək niyyəti daşıyan siyasətçiyə yaxın olan adı açıqlanmayan mənbəyə istinadla yazıb.

“Bir plan var, lakin o, bunu kabel xəbərlərində müzakirə etməyəcək, çünki o zaman bütün rıçaqları itirə bilər”, - mənbə bildirib.

Mənbənin sözlərinə görə, bunun əvəzinə Tramp münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan seçicilərin səsini qazanmağa çalışaraq münaqişəni dayandıra biləcəyi ilə bağlı sadə mesaja diqqət yetirəcək. “O, qırğını dayandırmaq istəyir. Tramp qırğını dayandıracaq”, - mənbə bildirib.

Aprelin sonunda “Time” jurnalına müsahibəsində Tramp seçiləcəyi təqdirdə, Avropa da vəsait ayırmasa, Ukraynaya yardım etməyəcəyini bildirib.

2022-ci ildən bu günə qədər Trampın Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün etdiyi təkliflərin və çıxışların yeganə rezümesi bundan ibarətdir ki, Ukrayna məğlub olsun, Rusiya qələbə qazansın və savaş bitsin.

Ona görə də onun dərqli bir “sülh planı” təklif edəcəyi gözlənilmir və sadəcə, seçki fəndi hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR