İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevinc Çılğının sehirli “Adagio”su - FOTO / VİDEO

589 28.12.2023 16:26 Mədəniyyət A A

Tanınmış şair Sevinc Çılğının şeirli, musiqili təqdimat-konserti keçirilib.

"Adagio" adlı sənət gecəsi dekabrın 26-da Beynəlxalq Muğam Mərkəzində baş tutub.

Muğam Mərkəzinin foyesində şairin yeni kitabının - "Adagio”un təqdimatı ilə başlayan gecə daha sonra Mərkəzin səhnəsində konsert proqramı ilə davam edib.

Konsertdə həm müəllifin, həm tanınmış aktrisaların ifasında şeir kompozisiyaları səsləndirilib. Həmçinin məşhur müğənnilər Sevinc Çılğının sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.

Şeirli, musiqili sənət gecəsində Azərbaycan səhnəsinin ulduzları İlqar Muradov, Gülüstan Əliyeva, Dilarə Əliyeva, Ayaz Qasımov, Vüsal Hacıyev, Pərviz Abdullayev, Zabitə Əliyeva, Nazim Məmmədov, Orxan Bağırov, Fidan Süleymanova, Təranə Ocaqverdiyeva, Natəvan Qeybani və sürpriz qonaqlar çıxış ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR